​Siqaret çəkənlərə PİS XƏBƏR: Bundan sonra qonşularına...

Baxış sayı:
12442

Rusiya Ali Məhkəməsi tütün istifadəçiləri ilə bağlı maraqlı qərar qəbul edib.
Məhkəmə siqaret çəkməyən şəxslərin haqlarının qorunması üçün tədbir görüb.
Belə ki, Novosibirsk şəhər sakini eyvanda siqaret çəkərək azyaşlı övladını tütünün tüstüsünə məruz qoyan qonşusundan məhkəməyə şikayət edib. Məhkəmə şikayətçinin hüquqlarını təmin edib və siqaret çəkən qonşunu 5 min rubl (72 dollar) miqdarında cərimələyib.
“Rossiyskaya Qazeta”da verilən məlumata görə, məhkəmə binalarda yaşayan sakinlərin siqaret tüstüsünə və tütün məmulatlarının təsirinə məruz qalmadan, uyğun ətraf mühit şərtlərində yaşamaq haqqı olduqlarına qərar verib.
Qərara görə, bundan sonra Rusiyada siqaret çəkərkən yanındakı şəxsləri bu zərərli maddənin təsirində qoyanlar kompensasiya ödəyəcək./Publika.az