Sionistlərə ev, torpaq satan Allaha xəyanət edər: Qüds müftüsindən fətva

Baxış sayı:
8032

Fələstində torpaq satışları Fələstin rəhbərliyini narahat etdiyi qədər, dini liderləri də narahat edir. Xəbərə görə, Qüds Müftisi Məhəmməd Hüseyn etdiyi açıqlamada, torpaq satışı edən şəxslərin 'xəyanət' içində olduğunu ifadə edib. Hüseyn 'bunun hökmünü isə "Allaha xəyanət edərək İslamdan çıxmaq və kafir olmaq" mənasını verdiyini bildirib.
 
Bu günahı işləyənlərə dair diqqət çəkən fikir bildirən Qüds Müftisi Hüseyn, 'Bu günahı işləyənlərlə görüşülməməsi, qız alıb verilməməsi və cənazə namazlarında iştirak edilməməsi lazım olduğunu vurğulayıb.
Bundan başqa, Fələstinlilərdən bu cür satışlar edəndən uzaq qalmaları xəbərdarlığı edən Qüds Müftisi Hüseyn, məzmunu bilinməyən sənədlərə imza atmanın isə qanuni olmadığını dilə gətirib.
Digər tərəfdən, Fələstinlilər mülk məlumatlarının Sionist İsraillilərə sızdırılması ilə bağlı lazımlı tədbirlərin alınmadığından şikayət etdiyi bildirilib.
Keçən il Məscidi Aksa-nın yaxınlarındakı bir mülkün Sionist İsrail Rejiminin məskunlaşmaçılarının əlinə keçməsi isə yaşanan narahatlıqların nümunələrindən göstərilmişdi.
Müxalifət.az