​Sinqapur mühəndisləri robotlara stul yığmağı öyrədiblər – VİDEO

Baxış sayı:
6399

Sinqapur Nanyan Texnologiya Universitetindən olan mühəndislər qrupu iki sənaye robotuna “IKEA” mağazasından olan stulu yığmağı öyrədiblər.
 
Muxalifət.a
z ICTnews-a istinadən xəbər verir ki, mühəndislər daha əvvəl yaradılmış sistemi xeyli təkmilləşdiriblər ki, bu da iki robot-manipulyatora hazır elementlər dəstindən stul yığmağa imkan verib. Sistem, həmçinin 3D kamera ilə təchiz edilib və bu, manipulyatorlara stulun detallarını görməyə və öz hərəkətlərini sinxronlaşdırmağa imkan verir.
“YouTube” videohostinqində dərc edilmiş videoçarxa əsasən söyləmək olar ki, robotlar stulun quraşdırılmasına 20 dəqiqədən bir qədər çox vaxt sərf ediblər.