​Simeone danışdı: “Qarabağ” bunu yaxşı bacardı

“Qarabağ” klubu ilə səfər oyununda heç-heçə edən İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Diego Simeone oyundan sonra mətbuat konfransı keçirib.
Muxalifet.az baş məşqçinin jurnalistlərin suallarına cavablarını təqdim edir:
- Sizin üçün gözlənilməz nəticədir. Nə baş verdi? Niyə belə nəticə əldə olundu?
- Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə əlimizdə yaxşı fürsətlər oldu, bunları dəyərləndirə bilmədikdən sonra artıq ikinci hissə xal itirmək qorxusu ilə yüksək təzyiq altında oynadıq və göründüyü kimi, xal itirdik. Buna baxmayaraq, mən komandama inanıram, işləri yoluna qoyacağıq.
- Sizcə, “Qarabağ” komandası sizə görə necə oynadı?
- Rəqibdə qapıçı İbrahim Şehiçi xüsusi qeyd etmək istəyirəm, ilk hissədə Gameironun və Griezmanin zərbələrində etdiyi səhvlər oyunun gedişatını dəyişdi. Bundan əlavə, “Qarabağ” müdafiədən hücuma da çox yaxşı çıxmağı bacardı.
- Sizcə, “Qarabağ” 3 xal itirdi, yoxsa “Atletiko Madrid”? Yəni qələbəyə hansı komanda daha yaxın idi?
- Mən belə suala şərh verə bilmərəm, bunun üçün xüsusi şərhçilər var. Sadəcə deyə bilərəm ki, hər iki komanda layiqli mübarizə apardı.
- Komandanız son 4 oyunda qələbə qazana bilmir. Bu sizi nə dərəcə narahat edir?
- Xeyr, məni bu hal narahat etmir, çünkü düşünürəm, oyunumuz pis alınmır, sadəcə istədiyimiz baş tutmur. Bu hal “Leqanes”lə oyunda da baş vermişdi. Fikrimcə, müəyyən xırdalıqları həll etsək, komandamın qələbələri ardıcıl sıralanacaq.