Şimali Koreyanın raket sınağı uğurla başa çatdı –Trampdan CAVAB GECİKMƏDİ
29-11-2017 09:44
Baxış sayı:
504

Şimali Koreya qitələrarası ballistik raket sınağı etdiyini təsdiq edib.
Muxalifət.az xəbər verir ki, ölkənin mərkəzi televiziyası “Hwasong-15” adlı raketin sınağının uğurla tamamlandığını bildirib.
Şimali Koreya lideri Kim Çen Inın əmri ilə həyata keçirilən sınaqda ABŞ torpaqlarını vurmaq potensialına malik raket test edilib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manning raketin 1000 km uçduqdan sonra Yapon dənizinin Yaponiyaya aid olan hissəsinə düşdüyünü bildirib.
ABŞ prezidenti Donald Tramp isə sınaqla bağlı vediyi açıqlamada “Bununla maraqlanacağıq” deyib.
Qeyd edək ki, Pxenyan hökuməti sonuncu raket sınağını 15 sentyabrda həyata keçirmişdi.