Şimali Koreyanın nüvə silahlarının sayı açıqlandı

Baxış sayı:
2233

Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın 60-ə qədər nüvə bombasına malik olduğunu üzə çıxarıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə naziri Ço Men Qyun açıqlama verib.
O, parlament iclası zamanı deputatın sualına cavab verərkən bu açıqlamanı verib.
Onun sözlərinə görə, rəsmi Seul Şimali Koreyanın nüvə potensialına baxmayaraq, yarımadanın nüvəsizləşdirilməsinə və Ağ Evlə birlikdə buna təsir göstərməkdə davam edəcəklərini deyib.