​Şimali Koreyadan TRAMPA CAVAB: “İstənilən zaman…”

Baxış sayı:
3847

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-la istənilən zaman və istənilən formatda sammit keçirməyə hazırdır.
Bu barədə “Rönhap” agentliyi KXDR Xarici işlər nazirinin müavini Kim Qe Qvana istinadən məlumat yayıb:
“Biz ABŞ-la istənilən zaman və istənilən formatda danışıqlar masası arxasında əyləşməyə və məsələləri həll etməyə hazırıq”.
Həmçinin ABŞ-KXDR sammitinin münasibətlərdəki gərginliyi azaltmaq üçün zəruriliyi vurğulanıb.
Qeyd edək ki, ötən gün ABŞ lideri Donald Tramp Kim Çen İnlə iyunun 12-nə təyin olunmuş görüşü ləğv edib.