​ Şimali Koreyadan təhdid - "İstənilən an ABŞ-ın Quamdakı bazasını vura bilərik"

Şimali Koreya xalq ordusunun spikeri yeni bəyanat səsləndirib.
 
Rəsmi Pxenyan ABŞ-ın Quamdakı hərbi bazasını istənilən an "Xvason-12" raketi ilə vura bilər.
Spikerin bəyanatında deyilir. "Quam adasının orta və uzaq mənzilli "Xvason-12" raketi ilə vurmaq planı hazırda Koreya xalq ordusu tərəfindən nəzərdən keçirilir. Əgər ali baş komandan Kim Çen İn qərar qəbul etsə, istənilən an zərbə endirilə bilər. Hazırda silahlı qüvvələr əməliyyat planını diqqətlə təhlil edir. Quamla yanaşı Anderson hərbi hava bazası da vurula bilər. Çünki bu bazadakı strateji bombardmançı təyyarələr Şimali Koreyanın əsəblərinə toxunur".
Bəyanata əsasən plan tezliklə Kim Çen İnə təqdim ediləcək. Əgər ali baş komandan qərar qəbul etsə, planı istənilən an həyata keçirmək mümkündür.