ŞİMALİ KOREYADAN ŞOK QƏRAR - 380 xarici ölkə vətəndaşını...

Baxış sayı:
4788

Şimali Koreyada dünyanı qorxudan korona virusu ilə bağlı tədbirlər çərçivəsində ölkədəki 380 nəfər əcnəbi vətəndaş karantində saxlanılır.

“Yonhap” informaiya agentliyi həmin şəxslərin çoxunun Pxenyanda xidmət edən diplomatlar olduğunu bildirib.

200 nəfərə qədər əcnəbi vətəndaş son 30 gündə qaldıqları yerdən çıxmırdılar. Bu müddət bitdikdən sonra karantin dövrü uzadılıb.

Şimali Koreyada indiyə qədər Kovid-19 virusuna yoluxma halı qeydə alınmayıb. Yeni karantinin nə qədər davam edəcəyi isə hələlik bəlli deyil.

Cənubi Koreyada isə 7 nəfər korona virusundan ölüb, 763 nəfər xəstə qeydə alınıb. Cənubi Koreyada 11 hərbçidə korona virusu aşkar edildikdən sonra təqribən 7 min nəfər hərbçi karantin altında saxlanılır.

Şimali Koreyanın özündə korona virusuna yoluxma halı olmasa da, Çinin sərhəd qonşusu olduğu üçün virusun ölkəyə yayıla biləcəyi narahatlıq doğurur.

Ölkəyə daxil olan bütün xarici vətəndaşlar məcburən 30 gün karantində saxlanılır. Ölkədə əcnəbilərin sayı elə də çox deyil, ekspertlərin biri qərblilərin sayının 200-ə yaxın olduğunu bildirib. Şimali Koreya rəhbərliyi adətən, bütün dünyadan iştirakçıların olduğu Pxenyan marafonunu ləğv ediblər.

Şimali Koreyanın rəsmi mediası Çinə qonşu olan Şimali Pxenyan vilayətində korona virusu şübhəsi ilə 3 min nəfərə yaxın insanın müayinə altında saxlanıldığını bildirib.

Çində ortaya çıxan korona virusu 29 ölkəyə yayılıb. Avropada korona virusuna yoluxma halları ən çox İtaliyada qeydə alınıb – 152 nəfərin bu xəstəliyə tutulduğu aşkar edilib, onlaran 3 nəfəri ölüb./Hurriyyet.org