Şimali Koreyadan ABŞ prezidentliyinə namizəd Co Baydenə BƏYANAT: "Bayden kimi quduz itin qaçmağına icazə verilsə çox sayda insana zərər verə bilər"

Baxış sayı:
307

ABŞ prezidenti Donald Trump deyir ki, Şimali Koreya lideri Kim Jong Un, Pxenyanın nüvəsizləşdirilməsi ilə bağlı iki tərəf arasında dayandırılmış danışıqlardan sonra gecikmədən ABŞ ilə razılaşma əldə etmək üçün hərəkətə keçməlidir.
Muxalifet.az 
"Aljazeera"ya istinadla bildirir ki, Tramp Şimali Koreyanın onun rəqibi keçmiş vitse-prezident Co Baydeni tənqid etməsini nəzərə alaraq, bazar günü paylaşdığı tvitdə tək partiyalı dövlətin başçısına "cənab sədr, səni layiq olduğun yerə çatdıracaq insan yalnız mənəm" deyə müraciət edib. "Tez tərpənməlisən, razılaşmanı həyata keçir. Tezliklə görüşək!", deyə yazıb.
Tramp, 2018-ci ildən bəri Şimali Koreyanın raket və nüvə proqramlarına son verməsi ilə bağlı Kim ilə üç dəfə görüşüb.
Fevralda Vyetnamın paytaxtı Hanoda baş tutan sammitdən sonra Şimali Koreyanın nüvəsizləşdirilməsinə dair razılaşma barədə tərəflər arasında danışıqlar dayandırıldı. Ötən ay İsveçdə işçi səviyyəsində danışıqlar da pozuldu.
Şimali Koreya, cümə axşamı günü, Pxenyanın Vaşinqtona danışıqların çox rahat keçdiyini bəyan etməsindən əvvəl ABŞ-ın yeni danışıqlar təklifini rədd etdiyini söylədi.
Lakn bazar günü Pxenyan ABŞ-Cənubi Koreya ortaq hərbi təlimlərinin ABŞ-ın müdafiə rəisi Mark Esperin nüvə silahlı Şimala qarşı “xoş niyyət hərəkət”adlandırması xəbərini müsbət qarşıladı.
Şimalın rəsmi KCNA xəbər agentliyi, cümə günü verdiyi şərhdə, Demokratik partiyadan 2020 prezidentliyinə namizədliyini irəli sürən Baydeni Kimi təhqir etdiyinə görə tənqid atəşinə tutdu. Baydenin, Şimali Koreyanın "ali rəhbərinin ləyaqətinə böhtan atmağa cəsarət göstərdiyini" söylədi. "Bayden kimi quduz itin qaçmağına icazə verilsə çox sayda insana zərər verə bilər" dedi. "Onları çubuqla öldürmək lazımdır."
Pxenyanın qəzəbinə nəyə görə səbəb olması bəlli deyil. Ancaq Bayden kampaniyasına verilən qəzəbli cavab Trampın xarici siyasətini pisləyənlərə reklam xarakteli cavab oldu.
"Joe Biden yuxulu və çox yavaş ola bilər, amma o," quduz it "deyildir. Əslində bundan daha yaxşıdır”, Tramp deyib.
Xatırladaq ki, Bayden, Demokrat Partiyasının 2020-ci ilin noyabr ayında prezident seçkilərinə dair apadığı rəy sorğularında  liderlik edir.
Muxalifet.az