​Şimali Koreyada həyat dözülməz olur - Yeni qadağa

Şimali Koreya hakimiyyəti ölkəyə qarşı tətbiq edilən sanksiya və məhdudiyyətlər səbəbindən vətəndaşlara xüsusi qonaqlıqlar və içki məclisləri təşkil etməyi qadağan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Pxenyanda hər gün partiya orqanları vətəndaşlara iqtisadi çətinliklər barədə məlumat yayır. Hər cür qonaqlıqlar, məclislər, əyləncələr qadağan edilib. Xarici məlumatlar üzərində nəzarət gücləndirilib”, - deyə xəbərdə bildirilib.
Qeyd edək ki, ABŞ hər keçən gün Şimali Koreya hakimiyyəti üzərində sanksiya və məhdudiyyətləri gücləndirir.