​Şimali Koreya əsgərinin sərhədi keçib qaçmasının videosu yayıldı

Cənubi Koreya ilə sərhədi aşıb qaçan Şimali Koreya əsgərinin videogörüntüləri yayımlanıb.
Muxalifet.az bizimyol-a istinadən xəbər verir ki, Cənubi Koreya sərhəd xidmətinin yaydığı dramatik videodan görünür ki, Şimali Koreya əsgəri maşınla sərhədə gəlir, sərhədi keçib qaçarkən arxadan ona atəş açırlar.
Cənubi Koreya rəsmilərinin verdiyi məlumata görə əsgər güllə yaraları alsa da, xilas edilib. Hazırda o, Cənubi Koreyanın paytaxtı Seul şəhərində müalicə alır.