Şimali Koreya səfirlərini geri çağırdı

ABŞ və Şimali Koreya arasında davam edən gərginlikdə yeni səhifə açılıb.
 
Şimali Koreya lideri Kim Çen İn Rusiya və BMT-dəki nümayəndələrini geri çağırıb. Mütəxəssislərin fikrinə görə bu həmlədən sonra hərbi addım haqqında qərar mərhələsi olacaq.
Ehtimal edilir ki, söz duelindən sonra hər iki ölkə lideri bağlı qapılar arxasında planlar qururlar. Şimali Koreya 3-cü kritik nümayəndəsini Pxenyana çağırıb. Şimali Koreyanın Çin, BMT və Rusiyadakı səfirləri də paytaxta çağırılıb. Diplomatlar saatlarla davam edən iclaslarda iştirak ediblər.
Pxenyanın rəsmi xəbər agentliyi bildirir ki, Şimali Koreya diplomatların paytaxta qayıtmasından sonra böyük bir iclas keçirib. İclas bir neçə saat davam edib. Amma iclasda neçə səfir və nümayəndənin iştirak etdiyi barədə məlumat verilmir.
Ehtimala görə iclasda Şimali Koreyanın növbəti həmlələri və atacağı hərbi addımlar planlaşdırılır. İclasdan sonra Şimali Koreyanın yeni bir nüvə sınağı və raket hücumu haqqında planı olacağı iddia edilir.
Şimali Koreyanın naziri isə açıqlama verərək iclasın adi bir iclas olduğunu qeyd edib.