"Şimali Koreya problemini həll edən ilk prezident olacam" - Tramp

ABŞ prezidenti Donald Tramp yeni bəyanatla çıxış edib.
 
Tramp Şimali Koreyanın nüvə proqramı ilə bağlı problemi həll edən ilk ABŞ prezidenti olacaq.
ABŞ lideri Tvitter səhifəsində qeyd edib ki, 25 ildir ki, Pxenyanla sülh danışıqları aparılsa da, heç bir nəticə əldə edilməyib.
Tramp yazıb: " "Raket-insan"la mehriban danışıq 25 il ərzində nəticə verməyib. İndi niyə nəticə versin ki? Klinton uğursuz oldu, Buş nəticə əldə edə bilmədi, Obama da uğursuz oldu. Amma mən uğursuz olmayacam".
Bununla belə, 25 il ərzində Şimali Koreya 3 rəhbər dəyişib. "Raket-insan" deyəndə isə Tramp Kim Çen İni nəzərdə tutur. Kim Çen isə atası Kim Çen İrin ölümündən sonra, 2011-ci ildən Şimali Koreyaya rəhbərlik edir./olke.az