Şimali Koreya liderinin öldürülən ögey qardaşı “MKİ casusu çıxdı”

Baxış sayı:
10813

Malayziyanın paytaxtı Kuala Lumpurdakı havalimanında 2017-də sui-qəsd nəticəsində öldürülən Şimali Koreya lideri Kim Jongunun ögey böyük qardaşı Kim Jong-namın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün çalışdığı iddia edilib. ABŞ-ın “Wall Street Journal” qəzetinin mövzuya dair məlumatı olan bir qaynağa söykədiyi xəbərdə, Şimali Koreya liderinin ögey böyük qardaşı Kim-in MKİ ilə əlaqəsinin olduğu ifadə edilib. Xəbərdə, Kim-in 2017-nin fevralında Malayziya səyahətinin buradakı bir MKİ casusu ilə görüşmə məqsədli reallaşmış ola biləcəyinə işarə edilib. İddialarla bağlı MKİ səlahiyyətliləri açıqlama verməyib. Qeyd edək ki, Malayziyada 2 ildir davam edən Kim Jong-nam sui-qəsdi iddiası daxilində mühakimə olunan İndoneziyalı şübhəli Siti Aişə haqqındakı ittihamlara mart ayında xitam verilmiş, Vyetnamlı şübhəli Doan Thi Huong da keçən ay həbsdən buraxılmışdı. Müxalifət.az