Şimali Koreya lideri yeni şəhərin açılışını etdi

Baxış sayı:
553

Şimali Koreya lideri Kim Conq Un çərşənbə günü yeni Samciyon şəhərinin açılışında iştirak edib. Minlərlə insan Kim Conq Unun şəhərin açılışı mərasimində qırmızı lenti kəsməsini izləmək üçün əraziyə toplaşıb. Muxalifet.az bildirir ki, "KCNA" xəbər agentliyinin verdiyi məlumata görə, yeni Samciyon şəhəri Kim Conq Unun komandası tərəfindən dizayn və inşa edilib. Xəbər agentliyi bunun "müasir sivilizasiyanı təcəssüm etdirdiyini" və hökumət tərəfindən sosialist utopiya olaraq təqdim edildiyini bildirib. Şəhərdə yeni mənzillər, otellər, xizək kurortu, ticarət, mədəniyyət və tibb müəssisələri var. Dövlət mediası Samciyon şəhərində 4000 ailənin yerləşə biləcəyini və "yüzlərlə hektar" ərazidə 380 bloklu ictimai və sənaye binalarının olduğunu bildirib. Şəhər Kimin "özünə güvənən iqtisadiyyat" çərçivəsində irəli sürdüyü ən böyük iqtisadi təşəbbüslərdən biridir. Ancaq Pxenyanın nüvə proqramının məhdudlaşdırılması məqsədilə tətbiq edilən sanksiyalar nəticəsində tikinti materialları və işçi çatışmazlığı səbəbilə yeni şəhərin inşası gecikib. Muxalifet.az