Şimali Koreya lideri Kim Jong-dan 4 diplomata qan donduran edam

Baxış sayı:
10156

 Şimali Koreya lideri Kim Jong Un ABŞ prezidenti Donald Tramp ilə Vyetnamda keçirilən zirvə görüşündən uğursuz nəticə çıxmasından məsul tutduğu 4 diplomatı edam etdirib.
 
Yapon xəbər saytı “Asia Press” qəzeti Donald Tramp və Kim Jung Un arasında Vyetnamda keçirilən zirvədən Şimali Koreyanın sammit öncəsi Amerikaya məlumat sızdırmaq ilə günahlandırdığı dörd xarici işlər diplomatını edam edib.
Kim Jung-Un Tramp ilə keçirdiyi zirvə görüşünün uğursuzluqla nəticələnməsini Amerikaya gizli məlumat verən diplomatları məsul tutduğu qeyd olunub. Diplomatların edamı güllələnərək həyata keçirilib.
Edam Kommunist Partiyası rəsmiləri və hərbi rəsmilər tərəfindən izlənilib.
 
Açıqlama verilmədi
 
 Şimali Koreyanın dörd diplomatı öldürdüyü xəbərləri ticaretlə məşğul olan bir Yapon rəhbərliyinin Şimali Koreyaya səfərindən sonra ölkəsindəki xəbər mənbələrinə çıxışından sonra yayılıb. Bu ana qədər Şimali Koreya rəhbərliyindən edamlar ilə bağlı hər hansı bir açıqlama edilməyib.
Müxalifət.az