​Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

Baxış sayı: 41

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə cümə axşamı, oktyabrın 12-də, Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.
“Respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib”, - məlumatda deyilir.
Səfirlikdə əlavə ediblər ki, rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib.