Şimali Koreya hərbçisi cənuba qaçdı

Baxış sayı: 101

Şimali Koreya ordusunun hərbi qulluqçusu Xanqan çayı vasitəsilə Cənubi Koreyaya qaçıb.
 
Bu barədə Cənubi Koreya ordusunun Rəislər Qərargahının Birləşmiş Komitəsi məlumat verib.
Komitədən bildirilib ki, hərbçi penoplast qırıntısından istifadə edərək çayı keçib.
Qeyd edək ki, ötən həftə də Şimali Koreya ordusunun hərbçisi iki ölkəni ayıran sərhədi keçərək cənuba qaçmışdı.