Şimali Koreya geri çəkildi

Şimali Koreya yeni açıqlama verib.
 
ABŞ-a məxsus Quam adalarına ediləcək raket hücumu təxirə salınıb.
Şimali Koreya Quam adalarına endirəcəyi raket zərbəsi barədə planı təxirə saldığını açıqlayıb. Rəsmi Pxenyan raket sınağından əvvəl qonşularının hərəkətlərini izləyəcəyini bildirib.
Açıqlamada həm də bildirilib ki, qarşı tərəfin Koreya yarımadası və ətrafında təhlükəli addımları davam etsə, raket sınağı həyata keçiriləcək.
Bir az əvvəl Şimali Koreya liderinin təsdiqi üçün təqdim edilən plan barədə məlumat verilmişdi. ABŞ-ın müdafiə naziri Ceyms Mettis ABŞ-ın Sakit okeandakı torpaqlarını və ya Birləşmiş Ştatları hədəf alan istənilən raket sınağının sürətlə müharibəyə çevriləcəyi barədə xəbərdarlıq etmişdi.