Şimali Koreya diktatorunun bacısı deputat oldu

Baxış sayı:
6592

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon martın 10-da keçirilən parlament seçkilərinin yekunu üzrə 14-cü çağırış Ali Xalq Məclisinin deputatı seçilib.

Muxalifet.az trend-ə istinadən xəbər verir ki, səsvermədə seçicilərin 99,99 faizi iştirak edib.

K.Y.Çjon Şimali Koreya rəhbərinin doğma bacısıdır, onun ən yaxın məsləhətçilərindən biri və ölkədə ən nüfuzlu qadındır. Koreya Əmək Partiyasının Təbliğat və təşviqat bölməsi sədrinin birinci müavini vəzifəsində çalışır.

Qeyd edək ki, KXDR Ali Xalq Məclisinə seçkilər 5 ildən bir gizli səsvermə yolu ilə keçirilir.