Şimali Koreya bu bomba ilə məhv ediləcək - Şok iddia

Seulun malik olduğu qrafit bombalar adlandırılan raket sistemi Şimali Koreyanın elektrik şəbəkələrini iflic vəziyyətə salmaq imkanına sahibdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhapnyus” agentliyi məlumat yayıb.
“Milli Müdafiə Agentliyi qrafit bombaların hazırlanması üçün lazım olan texnologiyanı əldə edib. Artıq Seul sözügedən bombaların Şimali Koreyaya qarşı istifadəsini nəzərdən keçirir. Qrafit bombalar tətbiq edilən zaman müəyyən radiusda mövcud olan elektrik sistemlərində qısaqapanma baş verir və elektrik cihazaları sıradan çıxır”, - xəbərdə bildirilib