Şimali Kipr və Türk Bayrağını qaldırdılar!

Baxış sayı:
6703

 Şimali Kipr Türk Respublikasının prezidenti (Şimali Kipr) Mustafa Akıncının Yunan Sosial İslahat İttifaqı (OPEK) üzvlərini qəbul mərasimində Şimali Kipr və Türkiyə bayrağının olmaması müxalifətin təpkisinə səbəb olub.
 
Müxalifətin sərt təpki göstərdiyi mübahisə, Şimali Kipr Prezidentliyinin Mətbuat Bürosunun Akıncının OPEK üzvlərini qəbuluna yönəlik verdiyi açıqlama və bölüşdüyü foto ilə başlayıb.
 
Şimali Kipr VƏ Türk bayrağı yoxdur
 
 Açıqlamada, OPEK (Yunan Sosial İslahat İttifaqı) nümayəndələrinə Kipr problemi məsələsində, içində olunan vəziyyət və xüsusilə siyasi bərabərliyin Kiprli Türklər üçün əvəzolunmaz prinsip olduğu məsələsinin ətraflı izah edildiyi qeyd edilib. Mətbuata əks olunan fotoşəkildə isə Akıncının arxasında yer alan Şimali Kipr və Türk bayrağının olmadığı görülüb.
 
CƏNAB AKINCI MƏQAMINA YARAŞANI ETMƏLİ VƏ İSTEFA ETMƏLİDİR
 
 Yeni Şəfəq Partiyasının sədri Erhan Arıklı, "Cənab Akıncı məqamına yaraşanı etməli və istefa verməlidir. Bayraqlardan niyə çəkinir. O bayraqlar sayəsində prezident məqamında oturduğunu unudubmu? Bundan sonra namizəd olmağı düşündüyü 2020 prezidentliyə necə namizəd olacaq" deyə söyləyib.
Müxalifət.az