Şimali Kipr Türk Respublikasına “Monako” modeli

Baxış sayı:
4603

Şərq Aralıq dənizində hərbi toqquşma riski olduqca yüksək olduğu üçün Monakoda bir sıra görüş və araşdırma aparan Enerji İqtisadiyyatı Dərnəyinin sədri professor Gürkan Kumbaroğlu bu dövrdə atılması lazım olan addımları dəyərləndirib, Fransa-Monako modelinin Türkiyə-Şimali Kipr Türk Respurlikası üçün tətbiq olunmasını təklif edib.
 
Bütün problemlərin art arda gəlməsi təsadüf deyil
 
 Kumbaroğlu Şərqi Aralıq dənizindəki proseslərlə yanaşı, ötən günlərdə NATO-da bir qalmaqala imza atılaraq Cənubi Yunan Kiprinin üzv olmamasına baxmayaraq tədbirə çağrılmasının təsadüf olmadığını qeyd edib.
Türkiyənin Şərqi Aralıq dənizində enerji diplomatiyası və siyasəti inkişaf etdirməsi lazım olduğunu vurğulayan Kumbaroğlu, "Xüsusilə Şərqi Aralıq dənizində baş verənlər təkcə Şimali Kipri deyil, Türkiyə və dolayısı ilə ABŞ-Rusiya-Aİ tarazlığına da birbaşa təsir edəcək böyüklükdə nəticələr doğura bilər" deyə xəbərdarlıq edib.
 
Xarici İşlər və müdafiəni Türkiyə üzərinə götürə bilər
 
 Professor Kumbaroğlu ağrılı prosesin aşılması üçün Şimali Kiprin beynəlxalq səviyyədə tanınması təmin olunana qədər "Fransa-Monako” modelinin tətbiqini təklif edərək, bunları söyləyib:
“Monako modelinə yerində baxdım və Şərqi Aralıq dənizində suların isindiyi bu dövrdə Şimali Kipr üçün ən uyğun model olduğuna qənaət gətirdim. Bölgədə qarşıdurma riski 1974-dən bu yana bəlkə də ən yüksək səviyyədədir.
Bu çərçivədə Şimali Kiprin eynilə “Monako-Fransa” modelində olduğu kimi, Xarici İşlərində və müdafiədə səlahiyyətlərini Türkiyəyə təhvil verərkən, öz içində idarə etdiyi bir Respublika olaraq daxili işlərində muxtar bir quruluşda olması ciddi şəkildə müzakirə olunmalıdır. Bu addımla birlikdə bölgədə təzyiqi yüksəldən hər aktyor qarşısına bilavasitə Türkiyə Dövlətinin olduğunu biləcək və ona görə hərəkət edəcəkdir.
 
Elektrik və qaz üçün də addım atıla bilər
 
 Türkiyənin liderliyində Şimali Kiprin beynəlxalq tanınması üçün də fəal diplomatiya aparılması vəziyyətində sürətli nəticə verəcəyi qənaətindəyəm. Şimali Kiprin strateji mövqeyi və ətrafındakı enerji ehtiyatlarının varlığı da bu prosesi dəstəkləyəcəkdir.
Ayrıca daha əvvəl adaya öz torpaqlarımızdan su apardıq. Elektrik və qaz kəmərləri üçün də atılacaq bənzər addımlar prosesi tərsinə çevirə və Şimali Kiprin enerji körpüsü ilə Türkiyə üzərindən dünyaya açılmasının ilk addımı atılmış olar".
Müxalifət.az