Şimali İrlandiyada 'Trampa tullan' sərgisi görənləri çaşdırdı

Baxış sayı:
6838

"Jump Trump" adlı interaktiv sərgi ziyarətçilərə mübahisəli bir siyasi fiqur olan Donald Trampa dair hisslərini ifadə etmə imkanı təmin edir. Şimal İrlandiyanın paytaxtı Belfastda təşkil edilən Belfast Fotoşəkil Festivalı maraqlı bir sərgiyə ev sahibliyi edir. Bir çox fotoşəkil sərgisini ehtiva edən festivalda, "Jump Trump (Trampa Tullan)" adlı interaktiv sərgi ən diqqət çəkicidir. Hollandiyalı fotoşəkilçilər Tomas Mailaender və Erik Kesselsin “Qoldan Thread Gallery”-dəki sərgisində, ABŞ prezidenti Donald Trampın üzünün fotoşəkilini ehtiva edən bir matın üzərində bir tullanma platforması yer alır. Sərgini ziyarət edənlər bir metr yüksəklikdən Trampın üzünə tullana bilir. Sərgi ziyarətçilərə mübahisəli bir siyasi fiqur olan Trampa dair hisslərini ifadə etmə imkanı təmin edir. Sərgi 30 iyuna qədər açıq qalacaq. Müxalifət.az