​Şimali İraqda əməliyyat: PKK obyektləri MƏHV EDİLDİ

Baxış sayı:
5128

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimal bölgəsində əməliyyat keçirib.
Muxalifət.az xəbər verir ki, 4 rayonda keçirilən əməliyyatlarda kürd terror təşkilatlarının mövqeləri hədəfə alınıb.
Terrorçuların 12 məntəqəsi məhv edilib.
Qeyd edək ki, Türkiyə HHQ mayın 17-dən etibarən İraqın şimalında PKK terror təşkilatının mövqelərinə qarşı hərbi əməliyyatlara başlayıb.