Şimali İraqda 23 km təmizləndi! O DÜŞƏRGƏLƏR ARTIQ TÜRK ƏSGƏRİNDƏ

Baxış sayı:
7072

Türkiyə sərhədindən İraqın şimal ərazilərinə doğru 23 kilometrlik ərazini terrorçulardan təmizləyən Türk əsgəri, açdığı və hazırda inşası davam edən yeni yollarla da bu düşərgələri həm bir-birinə, həm də Türkiyəyə bağlayıb.
 
11 martdan bu yana qətiyyətlə davam edən əməliyyatda bu ana qədər 131 terrorçu zərərsizləşdirilib, çox sayda partlayıcı, sursat  ələ keçirilib.
Əməliyyatla istər ölkənin, istərsə də regionun təhlükəsizliyini təmin edən Türk əsgəri, əvvəlki illərdə terror təşkilatı PKK üzvləri tərəfindən İraqın şimalında istifadə edilməsinə icazə verilməyən ərazilərin də əkilib becərilməsini təmin edir.
Terrorçulardan təmizlənən sahələrdə kənd təsərrüfatı və heyvandarlıq fəaliyyətində olan bölgə xalqı, Türk əsgərinə təşəkkür etməyi də unutmur.
 
PKK-nın QORXULU YUXUSU
Türk əsgəri, terrorla mübarizədə çoxu yerli və milli olan son texnoloji cihazlar və müdafiə vasitələrindən istifadə edir.
Bunlardan xüsusilə insansız hava vasitələri terrorçuların qorxulu yuxusuna çevrilib. Türk əsgəri istifadə etdiyi drone "Sərçə 3", Milli Piyada Tüfəngi "MPT-76", "Zirehli döyüş maşını” (BMP)", 7/24 müşahidə aparan "ƏSR", lazer hədəf işarələmə cihazı "Gürzə" və müxtəlif termal kamera və müdafiə silahları sərhəddə onların xəbəri olmadan quş uçmasına belə imkan vermir.
Müxalifət.az