​Şimali İraq muxtariyyətində nifaq – parlament rəhbəri Neçirvan Bərzaninin devrilməsinə hazır olmağa çağırdı

Baxış sayı:
339

Korrupsiya və kasıblıq məngənəsində

Muxalifət.az xəbər verir ki, İraq Kürd Regional İdarəsinin parlamentinin başçısı Yusif Məhəmməd Sadiq Neçirvan Bərzani hökumətini yıxmaq üçün siyasi dairələri və vətəndaşları nümayişlərə və tətillərə hazır olmağa çağırıb.
Şimali İraq Kürd Regional hökumətinin korrupsiya məsələlərinə qarşıdığını və vətəndaşların həyat şəraitlərini yaxşılaşdırmaq məsələsində aciz olduğunu deyən Yusif Sadiq mövcud vəziyyətin irimiqyaslı nümayişlər doğuracağını bildirib.
Məmurların vəzifələrindən sui-istifadə eləməsi səbəbindən vətəndaşların ağır şərtlər altında yaşadıqlarını bildirən Şimali İraq Kürd Regional İdarəsinin parlament başçısı kürd təhlükəsizlik qüvvələrinin nümayişçilərin təhlükəsizliyini qorumalı olduğunu da sözlərinə əlavə edib.