Şimali İraq bölünür: BƏRZANİ YOLA SALINACAQ

 Bərzaninin qeyri-qanuni referendumu Şimali İraqdakı nizamı pozdu
 
 Bərzani rəhbərliyinin keçirdiyi 25 sentyabr referendumu İraqın şimalında bütün nizamı dəyişdirdi. İraq ordusu Bağdad rəhbərliyindən aldığı əmrlə 16 oktyabra keçən gecə başda Kərkük olmaqla, Peşmərgənin nəzarətində olan bölgələrə hərbi hərəkat başlatdı. Kürdüstanın müstəqilliyinin elanına hazırlanan Bərzani tayfası böyük “zərbə” alaraq 11 saat ərzində 35 min kvadrat kilometrlik ərazini itirdi. İraq ordusu Peşmərgənin 2014-ci ildən bəri işğal etdiyi yerlərin hamısında nəzarəti təmin etdi və indi Ərbil istiqamətində irəliləyir. Bərzani tayfasında yaşanan böyük fitnə-fəsaddan sonra Ərbil cəbhəsində indi də siyasi hesablaşma prosesi başlayıb. Kərküklü alim professor doktor Sübhi Saatsaz, Süleymaniyyədə yeni hökumət qurulması, Şimali İraqda iki palatalı bir parlamentin yaradılması, Bərzaninin hakimiyyətdən uzaqlaşdırılması və yeni dövrdə paytaxtın Süleymaniyyə olacağı yönündə hazırlıqların başladığını deyib.
 
 BƏRZANİ HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILACAQ
 
 Kərküklü professor Saatsaz, İraq, İran, Suriya və Türkiyənin də daxil olduğu bir çox ərazilərin işğal xəritələri fonunda "Kürd küçəsində” süni həyəcan yaradan Bərzaninin 25 sentyabr referendumu ilə intihar etdiyini və yaxın bir neçə il ərzində tamamilə aradan qaldırılacağını bildirib. "Bərzaninin Ərbildə yaratdığı səltənət, İraqda baş verən nüfuz boşluğu səbəbiylə fövqəladə böyüdü" deyən Saatsaz, layiq olmadığı halda regionda lazım olandan artıq dözümlülük göstərilən Peşmərgənin Kərkük, Hanek, Sincar, Mendeli, Kifre və Tuzhurmatu başda olmaqla, bir çox bölgədə Ərəb və Türkmənlərə böyük zülm verdiyini qeyd edib. Saatsaz, "Bərzani son 3 ayda nümayiş etdirdiyi hərəkətlə Kürdləri bütün dünyaya rəzil etdi. IKBY-nin yeni paytaxtı Süleymaniyyə olacaq" deyə, bildirib.
Müxalifət.az