​Silsilə cinayətlər törədən terrorçu saxlanıldı

Baxış sayı:
13576

Boliviyada öz vətənində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Jair Bolsonarunun müşaviri Filip Martins bildirib. Onun sözlərinə görə, italiyalı terrorçu yaxın zamanda Braziliyaya aparılacaq və oradan da İtaliyaya deportasiya ediləcək. Qeyd edək ki, İtaliyada sol radikal ekstremist təşkilatın keçmiş lideri Çezare Battisti 1970-ci illərin sonlarında törədilmiş 4 cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib.