Şiələrə hücum: 8 nəfər öldü

Baxış sayı:
4579

İraqın Samarra şəhərində bomba yüklənmiş avtomobil partladılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İraqın Polis Təşkilatı məlumat yayıb.
Bildirilib ki, şiələrin lideri Muktəda əs-Sədrə sadiq milis qüvvələrinin hədəf alındığı qanlı hücumda 8 nəfər ölüb, 6-sı yaralanıb.
Yaralıların vəziyyətinin ağır olduğu, terror aktının isə İŞİD tərəfindən törədildiyi deyilib.