​“Silahdan dinc sakinlərə qarşı istifadə edirdik” – İŞİD döyüşçüsündən ŞOK etiraf

Baxış sayı:
3592

İrqa Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bir qolu hesab olunan “Nüsra Cəbhəsi” tərkibində döyüşməkdə təqsirli bilinən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Muxalifet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyev Türkiyə ərazisindən Suriyaya keçiblər.
Onlar Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov"dan istifadə edərək, orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər.
Daha sonra dəstə üzvləri İstanbul şəhərinə gəliblər, oradan Azərbaycana qayıdıblar.
Ölkə ərazisində olarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs ediliblər.
Məhkəmədə sərbəst ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Daha sonra Emin Quliyevə sərbəst ifadə vermək təklif olunub. Amma o, susaraq ifadə verməkdən imtina edib.
Bu səbəbdən onun istintaq ifadələri elan olunub. O, istintaq verdiyi ifadəsində Suriyada döyüşməyini etiraf edib.
Emin Quliyev Suriyada döyüşlərdə odlu silahlardan dinc sakinlərə qarışı istifadə etdiyini deyib.