​SİLAH BARONU: ABŞ-da vətəndaş savaşı gedir

Baxış sayı:
5302

ABŞ-da Prezident Administrasiyası heç bir şey həll etmir. Muxalifət.az xəbər verir ki, bunu RT kanalına müsahibəsində ABŞ-da həbsdə olan məşhur rusiyalı silah qaçaqmalçısı Viktor But söyləyib. “Hər şey hərbi-sənaye, maliyyə kompleksi və lobbilərin maraqlarına yönəlib. Rusiya ilə ABŞ arasındakı siyasəti də onlar nizamlayırlar. Anlamaq lazımdır ki, Trampa bizlə münasibətləri yaxşılaşdırmağa izn verməyəcəklər. Amerikada bu dövr ərzində ictimaiyyətdə çox ciddi proseslər olub. İctimaiyyət oyanıb və artıq hər şeyi anlayır. Ona görə də cəmiyyət parçalanıb. Amerika vətəndaş müharibəsinə gedir. Başqa yol yoxdur, çünki özünüdərk və yadların yaralarının qəbul edilməməsi onları təzyiqlərə qarşı hissiyatsız edib. Amerikada bürokratlaşma problemi o qədər böyükdür ki, ölkəni dağıtmağa başlayıb. Amerika mənə SSRİ-nin son dövrlərini xatırladır”, – deyə o bildirib. Qeyd edək ki, Viktor But Rusiyadandır. But Kolumbiyanın FARC terror təşkilatına silah satdığı üçün 2012-ci ildə Tailandda həbs edilərək, ABŞ-a göndərilib. But Əfqanıstana (Rəbbani hökumətinə - red.), Toqoya, Ruandaya, Anqolaya, Liberaya, Syerra Leoneyə, Talibana və Əl Qaidəyə silah satmaqda ittiham edilir. 2011-ci ildə Liviyanın bombalanmasından sonra ələ keçirilən materiallarda Butun adıçəkilən dövlətlər və təşkilatlarla əlaqə qurduğu haqqında sənədlər ortaya çıxmışdı. Vaşinqton indiyə qədər Butu dünyanın ən güclü silah qaçaqmalçısı hesab edir. 2008-ci ildə həbs edilən Buta 25 il həbs cəzası verilib.