Sığınacaq çökdü: Terrorçular altında qaldı..

Baxış sayı:
5497

Mardində terror təşkilatı PKK-lı terrorçuların sığınacaq kimi istifadə etdiyi müəyyən olunan mağaraya əməliyyat keçirilib.
 
Mardinin Dargeçit rayonunda PKK-lı terrorçuların sığınacaq kimi istifadə etdiyi mağaraya qarşı keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib. Əməliyyat zamanı sığınacaq dağılaraq çöküb. Çökən sığınacağın altında qalan 2 terrorçunun cəsədinə çatmaq üçün çalışılır.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, sığınacaq olaraq istifadə edildiyi müəyyən olunan mağarada bir qrup terrorçu aşkar edilib.
“Təslim ol" çağırışına atəşlə cavab verən terrorçulara qarşı əməliyyat başlanıb və çıxan qarşıdurmada bir terrorçu zərərsizləşdirilib. Digər 2 terrorçu isə çökən sığınacağın altında qalıb.
 Əməliyyatda terrorçulara məxsus silah və sursat ələ keçirilib. Bölgədə əməliyyat davam edir.
Müxalifət.az