İŞİD-in növbəti hədəfi - RUSİYA

Özünü İslam Dövləti sayan İŞİD sosial media üzərindən növbəti hədəfini açıqlayıb.
Muxalifət.az  xəbər veri ki, terror qruplaşmasının rəsmi informasiya agentliyi olan "Amak" nəşrinin yaydığı məlumata görə, İŞİD Rusiyada 2018-ci ildə keçiriləcək Çempionlar Liqasının oyununda terror aktı gerçəkləşdirəcək.
Stadionun fonunda təbliğat xarakterli yazılar, hazırlanmış bomba, ÇM- rəsmi simvolu və əlində avtomat olan döyüşçü təsvir edilib. Plakatın alt hissəsində isə rus dilində "bizi gözləyin" yazılıb.
2018-ci ildə futbol üzrə dünya çempionatı 14 iyun - 15 iyul tarixlərini əhatə edəcək. Rusiyanın 11 şəhərində keçirələcək çempionatların final oyunu "Lujnikilər" stadionunda keçiriləcək.