Siçan balasını ilanın ağzından xilas etdi - VİDEO

Baxış sayı:
6196

Sosial şəbəkədə yeni yayılan video çarx böyük marağa səbəb olub.
Muxalifet.az xəbər verir ki, iri bir ilan siçan balasını qaparaq sürünüb aradan çıxmağa çalışır. Siçanın anası isə onun ardınca qaçmağa başlayıb. Canından keçmək naminə də olsa ana siçan güclü ilana qarşı mübarizə aparır və balasını xilas edir.
İlan ovladığı siçan balasını udmaq üçün uyğun bir yerə aparır. Bunu görən ana siçan balasını xilas etmək üçün ilana hücum edir. Onun hücumları qarşısında bala siçanı buraxmaq məcburiyyətində qalan ilan otların arasına sürünərək özünü xilas edir.