​Sibel Can Bakıda konsert verəcək

Baxış sayı:
6604

Gələn ilin mart ayının 8-i məşhur türk müğənnisi Sibel Can Bakıda konsert verəcək.
Bu barədə iş qadını Ruhi Əliyeva "İnstagram" səhifəsində məlumat verib. O, məşhur müğənninin evinə getdiyini bildirib:
“Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər edib, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Konsert üçün onu seçməyimizdən çox məmnun olub, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağız dolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Buna görə müjdəli xəbəri ilk olaraq, əziz izləyicilərimlə bölüşmək istədim. Xəbəriniz olsun ki, 2019-cu ilin 8 Martında Bakıda məşhur Türk müğənnisi Sibel Canın konsert proqramı baş tutacaq".