Səhvən raket buraxıldı: Böyük təlaş

Baxış sayı:
5110

Cənubi Koreyada idarə olunan raket səhvən atəşlənərək buraxılıb.
 
Cənubi Koreyanın paytaxtı Seulun şərqində yerləşən idarə olunan raket texniki baxış zamanı atəşlənərək havaya buraxılıb. Cheolmae-2 raketi buraxılandan sonra dərhal havada partladılıb, həyat və mal itkisi olmadığı bildirilib.
 
Raket hədəfləri 15 kilometr yüksəklikdə tuta bilir. Cənubi Koreya Rusiya texnologiyasına əsaslanan üç səviyyəli müstəqil hava və raket müdafiə sistemini inkişaf etdirməyə çalışır.
Qeyd edək ki, raket səhvən atəşləndiyi təqdirdə özünü havada məhv edəcək səviyyədə hazırlanıb.
Müxalifət.az