Səhvən başqa partiyaya səs verdiyi üçün BARMAĞINI KƏSİB ATDI

Baxış sayı:
11992

Hindistanda səhvən başqa partiyaya səs verdiyini açıqlayan Pawan Qumar barmağını kəsərək atıb.
 
Hindli adam yanlış səs verdiyi üçün özünü cəzalandırıb.
 
Hindistanda bir aydan uzun sürəcək seçki prosesi 11 martda başlayıb.
Hindistandakı bu seçki prosesində səs vermək istəyən hindlilər uzun növbələr yaradıb. Ancaq seçki məntəqəsində maraqlı bir hadisə baş verib.
Hindistanın Bülendşehr şəhərində yaşayan Pawan Qumar cümə günü mənətəqəyə səsverməyə gedərək seçkidə iştirak edib. Səs verəcəyi bülletendəki simvolların çox olması səbəbindən başı qarışan adam səs verəndən sonra səhv partiyaya səs verdiyini anlayıb.
“Regional” partiyaya səs vermək istəyərkən, hindu millətçi Hindistan Xalq Partiyasına (BJP) səs verən Qumar sonradan səhv etdiyini anlayıb.
 
BU SƏHV ÜÇÜN BARMAĞIMI KƏSDİM
 
Səhvən başqa partiyaya səs verdiyini sonradan anlayan adam özünü barmağını kəsərək cəzalandırıb. Qumar verdiyi səsdən sonra açıqlama verərək, "Fil üçün səs vermək istədim, amma səhvən çiçəyə səs verdim. Bu səhv üçün də barmağımı kəsdim" deyə söyləyib.
 
SİMVOLLARI QARIŞDIRDI
 
BJP loqosunda lotus çiçəyinin təsviri var. Qumarın səs vermək istədiyi fil simvolunu istifadə edən partiya isə Bahujan Samaj Partiyasıdır (BSP). BSP seçkidə hakimiyyətdəki BJP-yə qarşı digər iki region partiyasıyla birlikdə ittifaq etmişdi.
Müxalifət.az