Səhvən 25 il həbs yatan adama təzminat

Baxış sayı:
11377

Çində məhkəmə günahsız yerə 25 il həbs yatan bir adama 4,6 milyon yuan (təxminən 670 min dollar) təzminat ödənməsinə qərar verib. “Şinhua” agentliyinin xəbərinə görə, ölkənin şimal-şərqindəki Cilin əyalətinin Liaoyuan şəhərindəki Xalq Məhkəməsi bu gün baxılan məhkəmə iddiasında, 1990-cı ildə bir qadını öldürdüyü və bu səbəblə də nəzarətə alınaraq 25 il həbs yatan Liu Conglin adlı bir vətəndaşa 670 min dollar təzminat ödəməsinə hökm edib. 2016-ci ildə cəzasını başa vuraraq azadlığa buraxılan Liunun şikayəti əsasında keçən il bir ali məhkəmə tərəfindən yenidən nəzərdən keçirilmiş, dəlillərin yetərsiz olduğuna və verilən 25 illik həbs cəzası hökmünün də "xətalı" olduğuna qərar verilmişdi. Müxalifət.az