​SƏHV BİLDİYİMİZ ƏN MƏŞHUR FAKTLAR - Adəm və Həvvanın alması, spirtli içkinin təsiri və...

Baxış sayı:
5263

Müasir insan informasiya qıtlığından əziyyət çəkmir. Hətta bəzən oxuduğumuz məlumatın doğru, yaxud yanlış olduğuna inanmaqda çətinlik çəkirik.
Beləcə qeyri-dəqiq faktların qurbanına çevrilir, hətta onları yayırıq. Publika.az bu günədək səhv bildiyimiz faktlar haqda yazını təqdim edir.
Beyinin sol yarımkürəsi məntiq, sağ yarımkürəsi isə emosiyalara cavabdehdir
Əslində isə beyin yarımkürələri istedada görə bölünmür. Bu günlərdə alimlər çox maraqlı təcrübə aparıblar. Belə ki, təcrübəyə cəlb olunan könüllülərə sözlər yazılmış kağız parçaları verilib. Məsələn, “qırmızı” yazılmış kağıza sol, “banan” yazılana isə sağ gözləri ilə baxıblar. Bu günədək elm adamları sol əli sağ beyin yarımkürəsinin idarə etdiyini düşünürdülər. İştirakçıların sol əlinə qələm verilərək bir şey çəkməkləri təklif olunub. Onlar isə banan şəkli çəkiblər. Niyə banan çəkdiklərini soruşanda isə çox sadə cavab veriblər: "Çünki sol əllə banan çəkmək daha rahatdır, nəinki yazı yazmaq". Alimlər bu qənaətə gəliblər ki, əslində hər iki yarımkürə məntiq və emosiyalardan cavabdehdir.
Spirtli içki beyin hüceyrələrini öldürür.
Hətta hər gün çox miqdarda spirtli içki qəbul edən insanın beyin hüceyrələri zədələnir, əsla ölmür.

Adəm və Həvva alma dişləyiblər

İncildəki yazılara görə onlar qadağan olunmuş ağacın meyvəsini yeyiblər. Amma həmin meyvənin alma olması haqda məlumat yoxdur.
Asqıran zaman bütün orqanlarımız, həmçinin ürəyimiz bir saniyəlik fəaliyyətini dayandırır
İnsanlar bu əfsanəyə hələ orta əsrlərdən inanmağa başlamışdılar. Hətta düşünürdülər ki, asqırmaq ölümlə nəticələnə bilər. Çünki bu proses baş verərkən insanın ciyərindən daha çox hava çıxır. Əslində isə biz asqıran zaman sinədaxili təzyiq artır. Bunun nəticəsində isə ürək həmin tempə uyğun döyünməyə başlayır.