​Şəhriyar Məmmədyarov FİDE reytinqində irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə irəliləyib.
Hazırda 32 yaşlı qrossmeyster 2799 xalla 4-cüdür. O, aktivinə daha 8 reytinq xalı yazıb.
Əvəzində Teymur Rəcəbov 2741 xalla 19-cu pilləyə enib. O, əvvəlki siyahıda eyni xalla 17-ci pillədə idi.
Arkadi Naydiç 2700 xalla 44-cü pillədə qalıb. 7 pillə irəliləyən Rauf Məmmədov 2686 xalla 58-cidir.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2837 xalla başçılıq edir. Ermənistanlı Levon Aronyan 2801 xalla 2-ci, ABŞ təmsilçisi Fabiano Karuana isə 2799 xalla 3-cü pillədə qərarlaşıb.