Şəhərin 80 faizi su altında qaldı

Baxış sayı:
12226

Venesiyada suyun səviyyəsi 183 santimetrə çatıb, şəhərin 80 faizini su basıb. ANSA agentliyi şəhər administrasiyasının fövqəladə vəziyyət elan etməyə hazır olduğunu bildirir.
Venesiyanın Müqəddəs Mark meydanı suyun altındadır; ərazidə suyun hündürlüyü bir metri ötüb. Eyniadlı kilsəni də su bahsıb.
Venesiyada suyun ən yüksək səviyyəsi 1966-cı ildə qeydə alınıb; o İtaliyanın digər şəhərlərini, o cümlədən Florensiyanı da su basmışdı. Həmin vaxt suyun səviyyəsinin rekord həddi – 190 santimetr qeydə alınmışdı, halbuki 130 santimetr kritik hədd sayılır.

“Bu dəfə biz əsl fəlakəti yaşayırıq və zərər qaçılmazdır”, - deyə Venesiya meri Luici Brunyaro bildirib.

“Suyun yüksək səviyyəsi” Venesiyanın coğrafi mövqeyi üçün səciyyəvidir. Bu, bir qayda olaraq payızda və yazda artır və dəniz səthinin qabarmasından asılıdır. Bu dəfə suyun səviyyəsi yağışlar səbəbindən artıb. Daşqına dənizdən əsən külək də təsir göstərib.