​Şəhərdə rus dilinin tədrisi rəsmi olaraq QADAĞAN EDİLDİ

Baxış sayı:
2173

Ukraynanın qərbində yerləşən Lvov şəhərində rus dili qadağan edilib.
Qaynarinfo xəbər verir ki, ictimai yerdə rusca mahnı oxumaq, dinləmək, rusca televiziya proqramları izləmək qadağandır. Növbəti dövrlərdə rusca danışmaq belə qadağan edilə bilər. Qanunun pozulduğu obyektlərin lisenziyası ləğv ediləcək, şəxslərə qarşı isə hüquqi prosesə start veriləcək.
Gələcəkdə qadağanın bütün Ukraynada tətbiqi gözlənilir.
Qeyd edək ki, Ukraynada daha əvvəl rus dilində təhsil qadağan edilib.