Səhər yeməyi üçün ən təhlükəli qidalar açıqlanıb

Baxış sayı:
2823

Rusiyalı həkim-dietoloq İnna Kononenko səhər yeməyində istifadəsi sağlamlığa zərər verə və piylənməyə səbəb ola biləcək məhsulların adlarını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, mütəxəssis hər şeydən əvvəl rasiondan tezbişən sıyıqların çıxarılmasını tövsiyə edib, çünki onlar qanda şəkərin səviyyəsini kəskin şəkildə artırır və insulinin çoxalmasına səbəb olur.

“Nəticədə elə alınır ki, mədədə sıyıq, qanda qlükoza olmur və adam yenidən yemək istəyir”, - o izah edib.

“Zərərli səhər yeməkləri” siyahısına həmçinin üzərinə süd və ya meyvə suyu tökülmüş müsli və dənli bitkilər, buterbrodlar və cemli tostlar da daxildir.

Bundan əlavə, İ.Kononenko təzə sıxılmış meyvə şirələrinin və smuzilərin faydaları barədə olan mifi də dağıdıb. Onun sözlərinə görə, bunların içərisində çox sayda sadə şəkər var. Üstəlik, fruktozanın miqdarı meyvənin növündən asılıdır.

“Bir tərəfdən bu, qlükozadır, digər tərəfdən də fruktoza. Bütün fruktoza sürətlə qaraciyərə keçir və qaraciyər yağına çevrilir. Bu yolla da kilo alırıq”, - həkim söyləyib.