Səhiyyə naziri xeyriyyə marafonu zamanı VƏFAT ETDİ

Tunisin səhiyyə naziri Slim Çaker xeyriyyə marafonu zamanı infarkt keçirərək vəfat edib.
Bu barədə Muxalifet.az BBC-yə istinadən xəbər verir.
Məqsədi uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq olan qaçış ölkənin şimal-şərqində yerləşən Nabul kurort şəhərində baş tutmalı idi.
56 yaşlı S.Çaker, təxminən, 500 metr məsafə qaçdıqdan sonra özünü pis hiss etməyə başlayıb. Naziri təcili surətdə hərbi hospitala gömdərsələr də, o, elə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, keçmiş bankir olan S.Çaker 2017-ci ilin avqust ayında Tunisin səhiyyə naziri təyin edilmışdi.