Səhiyyə naziri nə üçün prezident seçkilərində iştirak etmədi? – SENSASİON FAKTLAR MEDİANIN GÜNDƏMİNDƏ...

Eldar Quliyevin “rüşvət piramidası” isə onu deputatlar arasında həftənin liderinə çevirdi

Baxış sayı:
8074

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 09-15 aprel 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev olmuşdur. “Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi – FOTO”, “Jurnalist Oqtay Şirəliyevin fotosunu çəkdiyi üçün döyüldü – FOTO” başlıqlı 2 yazı ümumilikdə 40 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Azərbaycan Respublikası Sənaye Müdafiəsi naziri Yavər Camalov “Nazirin polkovnik oğlunun mənzilinə cakkuzi qaldırmaq üçün kran çağırdılar – VİDEO – FOTO” başlıqlı məqalənin 6 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan məmurlar siyahısında 3-cü və sonuncu yeri “Samir Şərifov və müavini istefaya göndərilir – Daha bir epoxa bitir”“Vəzifəsində təsdiqlənməyəcək... - Həbsi belə gözlənilir” başlıqlı 2 yazının 5 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov tutur. 

DEPUTAT ELDAR QULİYEVİN RÜŞVƏT PİRAMİDASI...

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Eldar Quliyevin rüşvət piramidası ifşa olunur - KOOPERASİYA UNİVERSİTETİNDƏ BAŞ VERİR?” başlıqlı məqalənin 1 saytda yayılması ilə deputat Eldar Quliyev  tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan deputatlar arasında 2-ci və ya sonuncu yerə isə “Adil Əliyevdən seçki qanunverciliyinin pozulmasına yönəlik addım” adlı məqalənin 1 elektron KİV-də yayılması ilə deputat  Adil Əliyev adını yazdırmışdır.


Muxalifet.az