​SƏHİYYƏ NAZİRİ İSTEFAYA GÖNDƏRİLİR – Oqtaş Şirləliyevin otağından şəxsi əşyaları daşınır...

Baxış sayı:
852

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.

Muxalifet.az xəbər verir ki, bu barədə gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.
Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.
Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.
Qeyd edək ki, yeni baş nazir təyinatından sonra hökumət daxilində ciddi islahalatların aparılacağı gözləniləndir...
Muxalifet.az