​“Şəhidlərimizə olan sözümü tutmadan Allah canımı almasın” - Türk general 11 aylıq Mustafaya görə İNTİQAM ANDI İÇDİ

Baxış sayı:
3220

PKK terror təşkilatının Hakkaridə hərbi xidmət keçən zabitin 11 aylıq övladını və anasını qətlə yetirməsindən sonra Türkiyə Baş qərargah rəisi Hulisi Akar intiqam andı içib.
Muxalifet.az xəbər verir ki, Akar Tvitter hesabında belə yazıb: “O məsum körpənin, o ananın intiqamını almadan, şəhitlərimizə olan sözümü tutmadan Allah canımı almasın. Hinlərinə girəcəyik, hinlərinə! Həyatını itirən körpəmizə və anasına Allahdan rəhmət diləyirəm”.
Qeyd edək ki, Hakkarinin Yüksəkova qəsəbəsində 25 yaşlı Nurcan Karakaya 11 aylıq körpəsi Mustafa Bedirhan Karaya ilə birlikdə həyat yoldaşı olan zabit Serkan Karakayanın görüşünə gələrkən idarə etdiyi avtomobil PKK-nın yolda quraşdırdığı minaya düşərək partlayıb. Nəticədə ana və körpə həyatını itirib. Ana və körpənin dəfni üçün hərbi mərasim keçirilib.