Şəhidin atası Kılıçdaroğluna hücum haqqında nələr dedi?

Baxış sayı:
10228

 Kamal Kılıçdaroğluna qarşı təcavüz baş verən şəhid cənazəsi mərasimiylə bağlı şəhidin atası Mustafa Kırıkcı açıqlama verib.
 
Ötən gün Hakkaridə şəhid olan 4 əsgərdən biri olan Yener Kırıkcının cənazəsi dünən məmləkəti Ankaranın Çubuq rayonunda torpağa verilib. Dəfn mərasimi zamanı CHP lideri Kamal Kılıçdaroğluna bir qrup hücum edib.
Kılıçdaroğlu qorumaları tərəfindən təhlükəsiz bir evə götürülüb. Bir müddət burada saxlanılan CHP lideri, sonra zirehli maşınla kənddən ayrılıb. Baş verən hadisədən sonra nə deyəcəyi maraq edilən şəhidin atası açıqlama verib.
 
Kılıçdaroğlunun gəlişinə üzüldüm
 
 Mustafa Kırıkcı, “Mən şəhid atası kimi, Kamal Kılıçdaroğlunun buraya gəlməsindən çox təəssüf etdim. Gəlişi ilə bağlı bizi də xəbərdar etmədiyi üçün xalqımız da ona qarşı qəzəbli olub" deyib.
Şəhidin əmisi Ziya Kırıkcı isə vəziyyətdən narahat olduqlarını və Kamal Kılıçdaroğlunun səfərindən sonra gərginliyin yaşandığını bildirib: “Kamal Kılıçdaroğlunun gələcəyindən heç xəbərimiz yox idi. Biz şəhid acısını çəkirik. Xalq öz özünə qəzəbləndi. Hər şey çox normal hazırlanmışdı mərasim üçün. Kılıçdaroğlu gəlincə, aralıq qarışdı. Kamal Kılıçdaroğlunun gələcəyindən xəbərimiz yixdu və baş verən gərginlik Kılıçdaroğlu gəldikdən sonra baş verdi”.
Müxalifət.az